Foto 11:48 20.05.2019

Vladimir Zelenski and içdi (FOTOLAR/YENİLƏNİB)

Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başa çatıb.

Qaynarinfo xəbər verir ki, o, andiçmə mətnini imzalayaraq Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib. Daha sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.
 
11.28
Ukraynanın prezidenti seçilmiş Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.

Qaynarinfo xəbər verir ki, inauqurasiya Ukrayna parlamentinin sessiya zalında keçirilir. Mərasimdə Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiri heyət iştirak edir.

Andiçmə yekunlaşandan sonra yeni prezident hökumət üzvləri və xarici ölkə başçıları ilə Prezident Administrasiyasında görüşəcək. 

Qeyd edək ki, Vladimir Zelenski seçkilərdə Petro Poroşenkonu üstələyərək Ukrayna prezidenti seçilib.

Gülşən