İdman 21:00 23.11.2014

Voleybol matçında terror aktı: 45 ölüb, 50 yaralı

Əfqanıstanda voleybol matçı zamanı terror aktı törədilib. Qaynar.info xəbər verir ki, hadisə ölkərin şərqindəki Yakyaxail bölgəsində baş verib.

Voleybol oyunu zamanı kamikadze özünü partladıb. Nəticədə 45 azarkeş həlak olub, 50-dən artıq insan yaralanıb. Yaralıların əksəriyyəti ağır vəziyyətdədi. Bu səbəbdən ölənlərin sayı arta bilər.

Qaynar.info