"BMT Baş Assambleyasının sədri olaraq Dohadakı təmaslarımı tamamladım və bir azdan Bakıya uçuram”.
Qaynarinfo xəbər verir ki, bunu sosial media hesabında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır yazıb.
O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək:
"Bundan başqa, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyəm”.
Qeyd edək ki, V.Bozkır bundan əvvəl Türkiyəyə gəlmiş, orada bir sıra rəsmi təmaslardan sonra Qətərə yollanmışdı.
Şərhlər