Dünya 15:51 20.09.2018

"Volkswagen" İranı tərk edir

Almaniyanın "Volkswagen" avtomobil firması İranı tərk edir.

Qaynarinfo xəbər verir ki, Bloomberg bu barədə məlumat yayıb. Alman nəhəngi ABŞ-ın 7 avqustda İrana qarşı qəbul etdiyi sanksiyalara qoşulmaq qərarına gəlib. Şirkət məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Avropanın "Peugeot", "Renault", "Citroen" kimi avtomobil istehsalçıları da İranla ticarət əlaqələrini dayandırıb.

Gülşən