Texnologiya 10:17 05.03.2019

Volvo avtomobillərində maksimum sürət həddi aşağı salınacaq

2020-ci ildən etibarən bütün Volvo avtomobillərində maksimum sürət həddi 180 km/saat olacaq. Hazırda isə maksimum hədd 250 km/saat-dır.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveç avtomobil şirkətinin gələn il üçün tərtib olunmuş planında qeyd edilib. Şirkətin sürət həddini aşağı çəkməkdə məqsədi yeni Volvo avtomobillərində ölüm və xəsarət hallarını minimuma endirməkdir.

Şirkət maksimum sürət həddi ilə yanaşı, mövcud sürət həddləri və coğrafi məlumatlara əsasən sürət həddinə nəzarət edəcək texnologiyaların hazırlanması üzərində də çalışır.

Volvo ölüm və yaralanmalarla nəticələnən qəzaların əsas səbəbinin yüksək sürət olduğunu diqqətə çatdırıb. Statistikalara görə 2017-ci ildə ABŞ-da baş vermiş qəzaların 25 faizi sürət həddinin aşılması səəbindən baş verib.

Qəzaların digər bir səbəbi isə spritli içkilər və qida zəhərlənməsidir. Volvo şirkəti bunların da qarşısını almaq üçün plan hazırlığındadır.