Ölkə 14:35 11.01.2014

Vüqar Həşimovun cənazəsi yanvarın 14-də Bakıya gətiriləcək


Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimovun cənazəsi gələn həftə Bakıya gətiriləcək


Apasport.az saytının məlumatına görə, hazırda bununla bağlı bəzi sənədləşmə işləri həll edilməkdədir. Müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinən qrossmeysterin cənazəsi yanvarın 14-də Azərbaycana gətiriləcək.

Qeyd edək ki, müalicəsini tamamlamaq üzrə olan V.Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu bildirilən 27 yaşlı şahmatçı gözlənilmədən dünyasını dəyişib.


Qaynar.info