Foto 16:51 05.03.2018

Vüqar Namazov Əməkdar idman ustası fəxri adına layiq görülüb

4 qat dünya 7 qat Avropa cempionu, dünya rekortçusu Vüqar Namazov Azərbaycan Respubilkasının əməkdar idman ustası fəxri adına layiq görülüb. 

Vüqar Namazov 1979-ci il avqustun 13-də Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1985-1996-ci illərdə Şəmkir rayonu Kür qəsəbəsi1 saylı orta məktəbində təhsil alıb.

1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Bakalavr pilləsi üzrə, 2001-2003-cü illərdə isə həmin universitetin Magistr pilləsini, 2003-2006-cü illərdə isə Aspiranturasını bitirib. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.