Xəbər lenti

Vüsalədən etiraf: “Yüz dəfə demişəm ki, gəl ayrılaq”
Maqazin 19:56 25.12.2017

Vüsalədən etiraf: “Yüz dəfə demişəm ki, gəl ayrılaq”

Tanınmış aparıcı Vüsalə Kərimova prodüseri olduğu müğənni Yaşar Cəlilovla münasibətlərindən danışıb.

Qaynarinfo xəbər verir ki, yeniçag.az-a açqlama verən aparıcı Yaşarın bütün sirlərini açıb:

"Hələ indiyə qədər olmayıb ki, Yaşar məndən incisin və üz döndərsin. Amma Yaşarla çalışdığımız bu 7 ildə bəlkə də 77 milyon dəfə dalaşmışıq, sonradan barışmışıq. Bu, bizim normal yaşam tərzimizdir. Bununla belə, heç vaxt kin saxlamamışıq. Yaşar tez özündən çıxır, əsəbiləşir, çox səbrsizdir. Onun əsəbiləşməyinə xüsusi səbəb də olmur. Bu xasiyyəti ətrafını həmişə narahat edir. Məsələn, bərkdən səslənərək, Yaşarı yuxudan qəfil oyandırmaq olmaz. Bu, onu özündən çıxarır. Amma əsas odur ki, üzr istəməyi də bacarır.

Əsəbiləşməyinə görə, aramızda qırğınlar olub, amma heç vaxt onunla küsülü qalmamışıq, çünki işimiz bir-birimizdən asılıdır. Yüz dəfə demişəm ki, prodüser-müğənni kimi yola getmirik, gəl ayrılaq, amma mümkün olmayıb”.

Maraqlıdır, heç aranızda pulla bağlı narazılıq yaşanıbmı, sulına Vüsalə Kərimova belə cavab verib:

"Yaşar pul məsələsində halal adamdır, bir manatı da olsa, aramızda bölməlidir. Hələ indiyə qədər aramızda bu məsələdə problem olmayıb. Pulu o özü bölür; bilir ki, kimə nə qədər çatmalıdır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->