Dünya 09:29 21.09.2018

Vyetnam prezidenti vəfat etdi

Vyetnam prezidenti Çan Day Kuanq vəfat edib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, 62 yaşlı dövlət başçısı Hanoyda yerləşən xəstəxanada ciddi xəstəlik səbəbilə dünyasını dəyişib. Yerli və beynəlxalq həkimlərin müdaxiləsinə baxmayaraq prezidentin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Çan Day Kuanq 2016-cı ilin aprel ayından bəri Vyetnamı idarə edirdi.

Gülşən