Dünya 12:41 06.08.2017

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 23-ə çatıb

Vyetnamda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 23-ə çatıb, itkin düşən 16 nəfərin axtarışları davam etdirilir.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Vyetnamın Təbii Fəlakətlərlə Mübarizə Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, daşqınlar nəticəsində 228 ev dağılıb, 21 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində yollara, əkin sahələrinə də ciddi ziyan dəyib.

İtkin düşənlərin axtarışına beş minə yaxın hərbi qulluqçu, polis və yerli sakin cəlb olunub.

Qaynarinfo.Az