Cinayətkarlar "WhatsApp” messencerində onun işini poza biləcək və yazışmaların tarixçəsini silə biləcək mesajlar yayırlar. Bu haqda adətən yeni funksiyalar haqqında informasiya paylaşan "WABetaInfo” saytı məlumat verib.
Qaynarinfo "ICTnews”a istinadən xəbər ki, "mətn bombaları" ilk baxışda sadə mesajlar şəklində təsadüfi simvollar toplusudur. Ancaq belə "hədiyyə"nin qəbulundan sonra messenceri işə salmaq olmur. Problem həm "iPhone”, həm də "Android” qurğular üçün aktualdır.
Məlumatda deyilir ki, "mətn bombası" yazışmaların tarixçəsinin ehtiyat nüsxəsi yaradılmadığı halda onların itməsinə gətirib çıxara bilər. Nasazlığın səbəbi, ehtimal ki, messencerin nadir Unicode kodlarını və ya onların kombinasiyasını göstərə bilməməsidir.
"Mətn bombası" almış istifadəçilərə messencerin veb-versiyası vasitəsilə onu göndərənin kontaktını bloklamaq və mesajı silmək tövsiyə olunur.
Şərhlər