Texnologiya 20:00 04.04.2018

“Whatsapp” qrup çatları iştirakçıları təhlükəyə ata bilər

Mütəxəssislər aşkar ediblər ki, "WhatsApp Messenger”də qrup çatlarının iştirakçılarının məlumatları təhlükə altındadır, çünki hər arzu edən, istifadəçilərin nömrələri də daxil olmaqla, onların bazasını yığa bilər.

Onların çatda paylaşdıqları video, şəkil, linklər də bura aiddir.

Oxu.Az bildirir ki, bu barədə "Venture Beat” məlumat verib.

Tədqiqatı Lozannadakı Federal Politexnik Məktəbindən Kiran Qarimella (Kiran Garimella) və Londonun Kraliça Mariya Universitetindən Qaret Tayson (Gareth Tyson) aparıblar.

Mütəxəssislər yarım il ərzində veb-axtarış vasitəsilə 178 qrup çatından məlumat toplayıblar. 46 min istifadəçi tərəfindən göndərilmiş yarım milyona yaxın məlumat analiz edilib.

Qarimella və Tayson "WhatsApp” yüklənmiş smartfondan istifadə ediblər və hindli mütəxəssislərin təklif etdikləri məlumatların şifrəsini açmaq üçün üsulu tətbiq ediblər.

Çatlardan alınan bütün məlumatlar, şifrəni açan açarla birlikdə cihazın yerli məlumat bazasında qorunur. Onlar məlumatı çıxararaq həmin qrupun massivini əldə etməyə nail olublar.

Araşırmada deyilir ki, məlumat ancaq qrup çatına daxil olduqdan sonra yığıla bilər, bundan əvvəl göndərilən məlumatları əldə etmək mümkün deyil.

Martın sonlarında məlum olub ki, hər bir "iPhone” sahibinin "WhatsApp” istifadəçilərinə nəzarət etməsinə imkan verən mobil əlavə yaradılıb. İstehsalçılar bildiriblər ki, istifadəçilər hətta həmsöhbətlərinin bağlı statuslarını da izləyə biləcəklər.