Ekonomiks 16:56 09.08.2017

WhatsApp və Skype-a görə yüz milyonlarla manat itirmişik

Texnologiyanın yüksək inkişafı hər sahəyə, xüsusən də rabitə sahəsinə təsirsiz ötüşməyib. İnternetin, mobil əlavələrin, proqramların bu qədər inkişaf etdiyi bir vaxtda təbii ki, hər kəs əlaqə yaratmaq, danışmaq üçün internetdən istifadə edir. Bu da öz növbəsində rabitə sahəsində iqtisadi itkilərə gətirib çıxarır.

“Qaynarinfo” məsələylə bağlı iqtisadiyyat üzrə ekspert Rövşən Ağayevin şərhini təqdim edir: 

“Rabitə sektorunun beynəlxalq telefon danışıqlarından əldə etdiyi gəlir 2012-ci ildə 160 mln. manat olub. 2016-cı ildə 3 dəfə azalaraq 53 mln.manata enib. Güman ki, əsas səbəb internet üzərindən (WhatsApp, Skype) əlaqənin genişlənməsidir.

Son 2 ildə mobil rabitə üzrə ümumi dövriyyə də 100 mln. manata qədər azalıb. 2014-cü ildə 915 mln. manat, 2016-cı ildə 825 mln. manat olub”. 

Nərmin Həsənli

Qaynarinfo.Az