Fransanın Məlumatların Mühafizəsi İdarəsi (CNIL) Avropa İttifaqının tələbini icra etməyə başlayıb.
"Qafqazinfo” xəbər verir ki, qurum "WhatsApp”a "Facebook”la məlumat mübadiləsini dayandırmaq üçün 1 ay vaxt verib.
Açıqlamada qeyd edilib ki, "WhatsApp” istifadəçilərinin məlumatlarını "Fabookdan” toplamaqla onların hüquqlarını pozur.
Məsələyə "WhatsApp”ın tərkibinə daxil olduğu "Facebook” şirkətindən hələlik heç bir münasibət bildirilməyib.
Şərhlər