Texnologiya 19:02 19.08.2021

"Whatsapp"da yeni funksiya işə salınır

Vatsap mesajlaşma xidmətində yeni funskiya istifadəyə veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "WABetaInfo” yayıb. Məlumata əsasən, yeni funksiya mesajların 90, 7 gün və 24 saatdan sonra özü silinə bilməsindən ibarətdir. 

Qeyd olunur ki, 2.21.17.16 nömrəli yenilənmə yalnız Android istifadəçiləri üçün əlçatan olacaq.