Foto 22:23 30.01.2018

"WhatsApp"dan daha bir yenilik (FOTO)

WhatsApp istifadəçilərinə daha bir yeni funksiyasını təqdim edib.

Qaynarinfo metbuat.az-a istinadən bildirir ki, artıq bu sosial şəbəkə istifadəçiləri yeni funksiya vasitəsiylə qrup söhbətlərində işarələnmiş mesajları asanlıqla tapa biləcəklər. Bu proqramın yenilənmiş versiyasında ekranın sağ hissəsində "Bəhsedənlər" düyməsi yerləşdirilib.

Bu düymə vasitəsiylə siz qrup söhbətlərində işarələnmiş mesajları asanlıqla oxuya bilərsiniz.