Xəbər lenti

“WhatsApp”ın qurucusundan
Texnologiya 21:50 21.03.2018

“WhatsApp”ın qurucusundan "Facebook"a qarşı cəsarətli çağırış

Brayan Ekton "Facebook"a olan mövqeyini ictimaiyyətə açıqlamaq qərarına gəlib

2014-cü ildə "Facebook” "WhatsApp”ı Yina Kuma və Brayan Ektondan 16 milyard dollara alaraq onları zəngin edib. Kum hələ də Markın şirkətində işləməyə davam edir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, sərvəti 6,5 milyard dollar olan Ekton isə ötən ildən o şirkətdə işləməkdən imtina edib və özünün fondunu yaradıb. O  50 milyon dollarla yeni kommunikasiya kriptoprotokolu olan Siqnalı maliyyələşdirməyə yönəldib. 

İndisə Ekton "Facebook"a olan mövqeyini ictimaiyyətə açıqlamaq qərarına gəlib. 

Bildiyimiz kimi bu şirkət ətrafında qalmaqal yaşanır. Söhbət Cambridge Analytica şirkəti tərəfindən 50 milyon Facebook istifadəçisinin məlumatlarının qeyri-qanuni istifadəsindən gedir. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda britaniyalı Brexit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. İndi aydın olub ki, "Facebook” bu barədə məlumatlı olub, iki il ərzində bu qanun pozuntusu haqqında bir qərar verməyib.

Brayan Ekton bu məsələyə twitter-də belə bir reaksiya verib: "Artıq zamanı gəlib". O bu cümləyə "#facebookusil" haştaqını əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->