Texnologiya 16:26 06.03.2018

"Wikipediya"dan Türkiyəyə mesaj: "Biz Türkiyə üçün darıxdıq"

"Wikipediya" Türkiyə ilə bağlı kampaniyaya start verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wikipediya"nın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumatda Türkiyədə 10 aydır ensklopediyaya girişə qadağa qoyulması xüsusi vurğulanıb.

"Bir səhər oyansaz və "Wikipediya"ya daxil ola bilməsəz nə hiss edərsiniz?! Türkiyədə bu, 10 ay əvvəl yaşanıb. Türkiyədə yaşayan 80 milyon insan bir anda "Wikipediya"nı oxumaqdan və ona dəstək verməkdən məhrum edildi. Bu səbəbdən bu həftə boyunca Türkiyə ilə bağlı məlumatlar paylaşacağıq. #WeMissTurkey həştəqi ilə bizə Türkiyə mədəniyyəti ilə bağlı suallarınızı verin və biz də bütün həftə boyunca məlumatları yeniləyək".

Şirkət sosial şəbəkə hesabları üçün hazırladığı xüsusi çərçivəni də istifadəçilərə təqdim edib.

Qeyd edək ki, ötən ilin aprel ayında rəsmi Ankara Türkiyəni İŞİD-lə eyni məqalədə göstərdiyi üçün "Wikipediya"dan həmin materialların çıxarılmasını tələb edib, bu tələb yerinə yetirilmədiyi üçün Türkiyədə internet ensklopediyasına girişə qadağa qoyulub. Həmçinin "Wikipediya"nın yaradıcılarından biri olan Cimmi Ueylsin də adı ötən ilin may ayında İstanbulda təşkil olunan tədbirdə iştirak edəcək qonaqlar siyahısından çıxarılıb.