Ölkə 11:55 06.02.2014

Xaləddin İsgəndərovla bağlı şok iddia

Binəqədidədə evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir; Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat olaraq müəyyənləşdiyi qeyd olunur.

Bir müddət öncə Binəqədi rayonuna icra başçısı təyin olunmuş Xaləddin İsgəndərov artıq öz qohum və yaxınlarını rayondakı rəhbər postlara təyin etməyə başlayıb. Yeni başçının yaxınları artıq rayonda sürətlə təşkilatlanır.

Bu barədə pia.az-a Binəqədidəki mənbələrdən məlumat daxil olub. Mənbənin bildirdiyinə görə, yeni başçı artıq əvvəlki icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Bunun artıq həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaradacağı qaçılmazdır. Artıq həmin torpaqlarda evlər və obyektlər tikilib. Bununla da yeni başçı həmin torpaqların bir hissəsinin geri alınması, bir hissəsindən isə yenidən pul yığmaq niyyətindədir. Yəni torpaq sahibləri "toxunulmazlıq” qazanmaq üçün xərac ödəməyə məcbur ediləcək.

Məlumatda bildirilir ki, Xaləddin İsgəndərov özünü Binəqədidə bir vergi işçisi kimi aparır. Sanki bütün rayon onun obyektidir. Hər kəsdən vergi yığır kimi davranır. Xatırladaq ki, Xaləddinİsgəndərov Binəqədinə rayonuna təyinat alana qədər Bakı Şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsini daşıyıb. O, vergilər naziri Fazil Məmmədovun çox yaxın qohumudur.

Binəqədi rayon icra hakimiyyətindəki mənbənin bildirdiyinə görə yeni ev tikməyə başlayanlar icra başçısının bir nömrəli hədəfidir. Bu barədə yuxarı orqanlara göndərilən şikayətlər icra hakimiyyətində qalaq-qalaq yığılıb. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret məzənnə müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat olaraq müəyyənləşdiyi qeyd olunur.

Binəqədi rayon sakinləri arasında apardığımız araşdırmalar da mənbəmizin məlumatların təsdiq etdi. Sakinlər bizimlə söhbətdə ayrıayrı ərazilərdə icra hakimi adından bazarlıq edən şəxslərin də adını çəkdi. Onların dediyinə görə, Xocahəsən, Sulutəpə ərazisində bu işi Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxs həyata keçirir. Nicat adlı şəxsin icra başçısı Xaləddin İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. 

Sakinlər bildirir ki, adları çəkilən şəxslər Xaləddin İsgəndərovun adından rəsmən bazarlıq edirlər. Vətəndaşlarını obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir.

Sakinlərin sözlərinə görə, açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur.Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək.

Bildirilir ki, Xaləddin İsgəndərovun yaxınları hər axşam Sumqayıt yolunun üstündə olan "Neapol” restoranına yığışır, gündəlik işləri planlaşdırırlar. Bəzi məlumatlara görə, restoran elə Xaləddin İsgəndərova məxsusdur. Gecə saatlarına qədər davam edən məşvərətlər sonda səs-küylü ziyafətlərlə sonuclanır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info