Sənət 11:43 01.08.2019

Xalq artisti adı verilən Vidadi Əliyev kimdir? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə xalq artisti fəxri adı verilən Əliyev Vidadi Hüseyn oğlu "SOY" Prodakşının rəhbəri Oqtay Əliyevin atasıdır. 

74 yaşlı Vidadi Əliyev 1967-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyoru olub. 1988-ci ildən didərgin düşmüş teatrı bərpa etmiş və uzun müddət teatrın bədii rəhbəri vəzifəsində çalışıb.

20-dən çox bədii və qısametrajlı filmlərdə çəkilib, "Qətl günü" və "Doğma sahillər" filmlərinin rejissoru olub, müxtəlif kinio mükafatlarına layiq görülüb.

Əlavə edək ki, V.Əliyevin həyat yoldaşı, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Elmira İsmayılova da xalq artistidir.