Sənət 12:50 02.06.2014

Xalq artisti anasını, bacısını, qardaşını itirdi - VİDEO

“Allah heç kəsə belə dağlar çəkməsin”

Xalq artisti Bilal Əliyev bir neçə il ərzində həm anasını, həm bacısını, həm də qardaşını itirib.

Oxu.Az xəbər verir ki, müğənni bu haqda ATV-də yayımlanan  “Onlar” verilişinə danışıb:

“Hər insana Allah çəkə biləcəyi qədər dərd verir. Əvvəlcə bacım rəhmətə getdi. 2005-ci ildə anamı itirdim. Bu yaxınlarda isə qardaşım 44 yaşında dünyasını dəyişdi. Ürəyində problem var idi. Onu həkimə aparmaq istədim. Amma razı olmadı. Elə yatan yerdə rəhmətə getmişdi. Həkim çağırdıq dedi ki, 4 saatdan artıqdır dünyasını dəyişib. Allah heç kəsə belə dağlar çəkməsin. Özü də ən çox istədiyim qardaşım idi”.