Maqazin 15:16 30.09.2014

Xalq artisti bağında delfin saxlayır - FOTOLAR

Xalq artisti Səməd Səmədov bağında delfin saxlayır. 

ANS PRESS-in məlumatına görə, delfini ona rəhbərlik etdiyi “Qismət” qrupu hədiyyə edib. 

Qrupun solisti Tural Məmmədov delfini xalq artistinin ad gününə hədiyyə etdiklərini deyir: “Ad günü ərəfəsində qrupdakı uşaqlarla Səməd müəllimə nə hədiyyə edəcəyimizi fikirləşdik. Belə qərara gəldik ki, ona delfin alaq. Özü dəfələrlə bizə demişdi ki, müxtəlif itlərim olub, amma delfin arzusundayam. Biz də 10 000 manatımızdan keçib Səməd müəllimin bu arzusunu gerçəkləşdirdik."

Turalın sözlərinə görə delfin bala olduğundan Səməd Səmədov medianın bunun mətbuata sizmağını qəti istəmir. "Amma belə bahalı hədiyyəni gizlətməyə məncə dəyməz. Səməd müəllim delifini Fatmayidəki bağında saxlayır”- deyə Tural bildirib. 

Qaynar.info