Xalq artisti ölümdən döndü: “Qorxuram”

Xalq artisti ölümdən döndü: “Qorxuram”

Xalq artisti, tanınmış aktyor Arif Quliyevin səhhətindəki problemlər hələ də aradan qalxmayıb. Buna görə “Maşın şou”nu tərk edən aktyor ev şəraitində müalicəsini davam etdirir.

"Qaynarinfo"nun məlumatına görə, yenicag.az-a açıqlama verən xalq artisti həkim nəzarətində olduğunu deyib:

“Təzyiqim 230 idi, həkimlər güclə aşağı saldılar. Beynimə qan sıza bilərdi, hələ də təhlükə sovuşmayıb. Həkimlər dedi ki, xəstəxanada yatmalısan, etiraz etdim. Çünki başıma gələn bir hadisəyə görə, xəstəxanadan qorxuram. Həkimlər mənə sistem qoşmuşdular. Yanıma gələn bir tanış sistemin şlankının üstündə oturubmuş, heç kimin də xəbəri yox. Bir də onda baxıblar ki, şlank boşdur, məhlul getmir. Necə hay-həşir düşürsə… tez həkimi çağırırlar. Deyilənə görə, həyatım təhlükə altında imiş. Allah saxladı, yoxsa sistemin altında qalacaqdım. Ona görə də mən xəstəxanadan qorxuram. Bir də xəstəxanada olanda yanıma o qədər gəlib-gedən olur ki, bilmirəm öz hayıma qalım, yoxsa gələnlərlə söhbətləşim. İndi müalicə olunuram, arada hava almaq üçün qızım qolumdan tutub həyətə çıxarır”.

Qaynarinfo.Az

XƏBƏRLƏR
BLOGLAR