Sənət 12:44 27.03.2020

Xalq artisti Rauf Babayev vəfat etdi

Azərbaycanın Xalq artisti Rauf Babayev dünyasını dəyişib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, müğənni 82 yaşında vəfat edib. 

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. O, 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995-2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib.

Müğənni 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəri idi. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

R.Babayev 1978-ci ilin yanvarında Azərbaycan SSR əməkdar artisti, 2006-cı ilin sentyabrında Xalq artisti fəxri adı alıb.

Allah rəhmət eləsin!