Sənət 12:10 17.02.2021

Xalq artisti teatrların bağlı qalmasından danışdı

"Bunun acısını teatr və kinolarımız çox çəkəcəklər”.

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Yasin Qarayev teatr ocaqlarının bir ildən çox bağlı qalmasından danışarkən deyib. Aktyor  bildirib ki, dünyanın bir çox ölkələrində bəzi kollektivlər fəaliyyətini bərpa edib:
 
 

"COVİD-19 peyda olanı fəaliyyətini dayandıran kollektivlərdən biri də teatrlar oldu. Dünyanın hər yerində müəyyən fasilələrlə bir çox kollektivlər öz fəaliyyətlərini bərpa etdilər. Məsələn, ticarət müəssisələri, kafelər, gözəllik salonları, hətta futbol komandaları və s. Bir sözlə, teatrlardan basqa hamının faəliyyəti bərpa olunub. Düzdür, obyektiv səbəblər çoxdur. Xəstəliyin dünyada tüğyan etməsi, ölkədə gedən müharibə və s. hamısı başa düşüləndir. Lakin teatrda tamaşalar göstərilməsə də, aktyorların vərdişdən geri qalmaması üçün hazırlıq məşqlərinin olması çox vacibdir”.

Bahar Rüstəmli