Foto 17:31 28.01.2019

Xalq artistinin həyat yoldaşı polkovnik rütbəsi aldı (FOTO)

Xalq artisti Mələkxanım Əyyubovanın hüquq-mühafizə orqanlarında çalışan həyat yoldaşı Xosrov bəy polkovnik rütbəsi alıb.

Qaynarinfo xəbər verir ki, muğam və xalq mahnılarının peşəkar ifaçısı həyat yoldaşını bu münasibətlə sosial şəbəkə vasitəsilə təbrik edib.

Mələkxanım eyni zamanda doğum günü olan həyat yoldaşının adına hazırlanan maraqlı tortun fotosunu paylaşaraq bu sözləri yazıb:

"Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq! Doğum günün mübarək"!