Ölkə 21:40 25.03.2018

Xalq artistinin həyat yoldaşının səhhəti ağırlaşdı (FOTO)

Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.
 
Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, bu haqda xəbəri aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib.

"Son 1 həftədir ki, anamın səhhəti ağırlaşıb. Günü gündən ağrıları daha da şiddətlənir. Anama təcili müalicə lazımdır, amma buna imkanımız yoxdur", - deyə aktyorun oğlu bildirib.

Qeyd edək ki, aktyorun xanımı qaraciyər sirrozundan əziyyət çəkir.