Ölkə 11:03 22.10.2020

Xalq artistinin oğlu vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor Vaqif Əsədovun oğlu vəfat edib.

Bu barədə Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva ölkə.az-a açıqlamasında bildirib. 

Qeyd edək ki, V.Əsədovun oğlu Oqtay Əsədov maliyyə sahəsində çalışırdı. Sənətkar özü isə bir neçə gündür ki, koronavirusdan müalicə olunur.