Maqazin 12:10 31.01.2018

Xalq artistinin Rəsulzadə barədə suala reaksiyası: "Yoldayam, fikrim yayınır"

"Mənə Məhəmməd Əmin Rəsulzadə ilə bağlı heç bir bəstəkar tərəfindən əsər təqdim edilməyib".

Qaynarinfo xəbər verir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova səsləndirib. Əməkdaşımızın "Məhəmməd Əmin Rəsulzadə barədə əsər təqdim edilsə, oxuyarsınızmı" sualına xalq artistinin cavabı belə olub:

"Yoldayam, sualınıza cavab verə bilməyəcəyəm. Çünki fikrim yayınır".

Qeyd edək ki, 1884-cü ilin 31 yanvar tarixində anadan olan Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindəndir. 

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə bağlı sərəncam imzalayıb.