Sənət 13:06 13.01.2020

Xalq artistinin səhhətindən xəbər var: Həkimlər evə buraxsa da...

Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rəfael Dadaşovun səhhəti normallaşır.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib. O bildirib ki, həkimlər onu xəstəxanadan evə buraxsa da, müalicəsi ev şəraitində davam edir:
"Hazırda nəzarət altındayam. Müalicəm davam edir. Hələ tam düzəlməmişəm. Həkimlər deyir ki, "yalnız müalicədən sonra xəstəliyinlə bağlı tam diaqnoz deyəcəyik”. Heydər Əliyev Fondu sağ olsun, məni diqqət mərkəzində saxlayır”. 

Rəfael Dadaşov qeyd edib ki, onu həyatda saxlayan teatr və səhnədir: 

"Həyatım səhnə ilə bağlıdır. Müalicə başa çatan kimi müayinə olunacam, sonra isə səhnəyə qayıdacağam”.

Qeyd edək ki, dekabrın 2-də axşam saatlarında Xalq artisti Rafael Dadaşovun vəziyyəti pisləşib. Aktyor Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlər ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyublar. 
Xatırladaq ki, Xalq artistinin maliyyə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bahar Rüstəmli