Xalq artisti Şəhidlər Xiyabanına niyə o geyimdə gedib? - Bacısı danışdı (VİDEO)

Xalq artisti Şəhidlər Xiyabanına niyə o geyimdə gedib? - Bacısı danışdı (VİDEO)

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın Şəhidlər Xiyabanında çəkilən qalmaqqalı görüntüsünə aydınlıq gətirilib.

Aktrisanın bacısı isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin görüntü iki il bundan əvvəl çəkilib.

"Onu tənqid edənlər görmür ki, Məleykə yay geyimindədir? Şəhidlər Xiyabanında qışda elə geyim olar? İki il bundan əvvəl tədbir olub. Həmin tədbir başa çatandan sonra iştirakçılar Şəhidlər Xiyabanına ziyarətə gediblər. Məleykə də onlarla olub. Onu paylaşanlar xəstədirlər”. 

Qeyd edək ki, Xalq artisti Məleykə Əsədovanın Şəhidlər Xiyabanından çəkilmiş görüntüləri sosial şəbəkələrdə müzakirəyə səbəb olub. İzləyicilər aktrisanın ziyarətə belə geyimdə getməsini sərt tənqid edib. Onun barəsində "Sanki ziyarətə yox, podiuma gedib”, "Moda göstərir”, "Qəbir üstünə gedib, ya bulvarda gəzməyə?” kimi rəylər yazılıb.

Bahar Rüstəmli

XƏBƏRLƏR
BLOGLAR