Sənət 16:25 13.02.2020

Xalq artistinin xəstəliyi məlum oldu

"Rəfael Dadaşov müalicə olunur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rəfael Dadaşovun oğlu deyib. Onun sözlərinə görə, atası xəstəxanadan çıxıb:

"Rəfael müəllim xəstədir, hazırda evdədir, yatır. Bundan əlavə məlumat verə bilmərəm”.

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Rəfael Dadaşovun səhhəti ağırlaşıb. Həkimlər ona ürəyində problemlər olduğunu deyib. Bu gün isə onun xəstəliyinin nə olması haqqında məlumat yayılıb. Aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.

Bahar Rüstəmli