"Xalq" və “Əməkdar" Fəxri adlarına layiq görülən şəxslərin sayı açıqlandı

Azərbaycanda "Xalq" və "Əməkdar" Fəxri adlarına layiq görülən şəxslərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, ölkədə 241 nəfər "Xalq", 2 879 nəfər "Əməkdar" Fəxri adına layiq görülüb.

"Xalq" Fəxri adını alanlara 150, "Əməkdar" Fəxri adını alanlara 100 manat təqaüd verilir.

Hazırda Azərbaycanda ümumilikdə 62 476 nəfərə tәqaüd tәyin olunub. Onlara verilən orta aylıq təqaüdün məbləği 142 manatdır.
XƏBƏRLƏR
BLOGLAR