Video 11:12 29.10.2019

Xanhüseyn Kazımlı: "Ay qardaş, büdcə haqqında bir şey deməmişəm axı" (VİDEO)

Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb.

Unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:

"Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər".