Xəbər lenti

Ölkə 22:56 21.08.2018

Xankəndidə tanınmamışların Avropa çempionatı keçiriləcək

2019-cu ilin iyununda Xankəndidə tanınmamış qurumların futbol komandalarının iştirakı ilə Avropa çempionatı təşkil olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə 2013-cü ildən İsveçdə fəaliyyət göstərən CONIFA (Müstəqil Futbol Assosiasiyalarının Konfederasiyası) qərar qəbul edib.
 
Üçüncü dəfə keçiriləcək bu çempionata qondarma Dağlıq Qarabağ Respublikasının komandası ev sahibliyi edəcək. Həmçinin 2017-ci ildəki Avropa çempionatının finalçıları – Padaniya (İtaliyanın səkkiz şimal regionunu təmsil edir – S.M.) və Şimali Kirpin, eləcə də bu ilin dünya çempionları Karpatoyyonun (Ukraynanın Zakarpatye ərazisində yaşayan macarları təmsil edirlər – S.M.) Xankəndidəki turnirdə iştirakı dəqiqləşib.

Yeri gəlmişkən, AFFA bu məsələ ilə bağlı öz etirazını bildirib və Azərbaycanın işğal olunmuş ərazisində beynəlxalq turnir keçirilməsini pisləyib.

Qeyd edək ki, 2014-cü ildə FİFA üzvlüyünə daxil olmayan qurumlar arasında İsveçdə keçirilən ilk dünya çempionatında erməni separatçıları iştirak ediblər və keçirdiyi iki matçda məğlub olublar. Həmin vaxt AFFA belə bir komandanın Dağlıq Qarabağ adından iştirak etməsinə görə FİFA, UEFA, CONIFA və İsveç Futbol Federasiyasına şikayət etmişdi. Bu üzdən ikinci və üçüncü dünya çempionatlarında ermənilər "Artsax” yox, Qərbi Ermənistan adı ilə çıxış etməli olmuşdular.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->