Ölkə 23:29 12.03.2020

Xaricdə təhsilini yarımçıq qoyub qayıdan tələbələrə təklif

"Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik”.

Qaynarinfo xəbər verir ki, bu barədə UNEC-in rektoru, proffessor Ədalət Muradov xaricdə təhsil alan tələbələrə müraciətində bildirib.

Qeyd olunub ki, dərslər ödənişsiz təqdim ediləcək: "Seçimlərinə uyğun olaraq tələbələr dərsləri azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün https://azvision.az/redirect.php?url=http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır. Hər birinizə uğurlar arzu edirəm”.