Video 22:33 11.03.2020

Xaricdən gələnlər ilk 14 günü evdə keçirməlidir (VİDEO)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölkə xaricindən gələnlər üçün 14 gün müddətində etməli olduqları qaydaları açıqlayıb.

Qaynarinfo xəbər verir ki, TƏBİB-in yaydığı məlumatda bildirilir ki, ölkə xaricindən son 14 gün ərzində gələnlər buradakı ilk 14 günlərini evdə keçirməlidirlər.

Həmin şəxslərin olduqları məkan tez-tez havalandırılmalıdır: "Mümkün qədər az insanla təmasda olmalıdırlar. Yaşlı və xroniki xəstəliyi olan insanlarla təmas olmamalı, əllər sabunla tez-tez yuyulmalıdır. Evdən çıxanda mütləq maska taxılmalıdır. Soyuqdəymə əlamətlərində mütləq 103 (Bakı daxili) və 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng edilməlidir”.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: