Dünya 14:27 17.03.2018

Xarici işlər nazirinə içində mərmi olan məktub göndərdilər

Yunanıstanın xarici işlər naziri Nikos Kotziasa içində mərmi olan məktub göndərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Yunanıstanın Nea qəzeti məlumat yayıb. 

Qəzet yazır ki, məktubun Yunanıstanın Xarici İşlər Nazirliyinə bu həftənin əvvəlində, yəni Nikos Kotziasın Üsküpə səfərindən 1-2 gün öncə göndərilməsi, onun Makedoniya adı ilə bağlı etdiyi müzakirələrlə əlaqəli olduğuna işarədir.

Zərf və içindəki zenit mərmisi araşdırılmaq üçün laboratoriyaya göndərilib və faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu, yunan nazirə göndərilən üçüncü hədələyici məktubdur. O, ötən ayın əvvəlində də içində 3 mərmi olan məktub almışdı. Məktubda, "Sənin üçün 3 mərmi ayırdıq", sözləri yazılmışdı.