phrase_var_qaynar. 17:25 31.08.2020

Xabi Messi haqqında: “Deyəsən hissə qapılıb, yeni bir şeyə ehtiyacı var"

"Bavariya"nın keçmiş yarımmüdafiəçisi Xabi Alonso "Barselona"nın hücumçusu Lionel Messi ilə bağlı vəziyyət barədə fikirlərini bölüşüb.

Qaynarinfo xəbər verir ki, o, bu və başqa məsələlər haqda "Süddeutsche Zeitung”a verdiyi müsahibədə danışıb.

"Məncə, o, hisslərinin təsiri altındadır. İndi futbolun ləzzətini yenidən hiss etmək üçün o, yeni bir şeyə ehtiyac olduğu qənaətinə gəlib. Ancaq prinsipcə bu cür qərarlara anlayışla yanaşmaq lazımdır. Messi başqa bir klubun formasını geyindiyi anda hər şey bitəcək. Təsəvvür olunmayan şey baş verdiyi andan etibarən xəyal ediləbilməz hala gəlir".

 "Barselona”nın "Bavariya”ya 2-8 məğlubiyyəti

"Baş verənlər anlaşılmaz kateqoriyaya aiddir. Yalnız hesabı deyil, həm də ”Bavariya”nın üstünlüyünü nəzərdə tuturam. Bu qədər əhəmiyyətli bir oyunda belə inanılmaz mükəmməllik!.."

"Bavariya” haqda

"Çoxlu dostum var orda. Turnir başlamazdan əvvəl komandanın nə qədər yaxşı olduğunu gördük və dedik: "Çempionlar Liqasını qazana bilərik!"

Kimmix haqqında

"İnanılmaz dərəcədə sürətlə öyrənir. Kimmix komandadakı rolunu müəyyənləşdirdi və yetkinliyə çatdı. Dünyanın istənilən komandasında oynamasına imkan verəcək səviyyədədir”. 
 
Alpər

Oxşar xəbərlər