Foto 11:01 04.05.2019

Xələf Xələfovun vəzifəsini bu şəxs icra edəcək (FOTO)

Nazirlər Kabinetinin Aparatının rəhbəri vəzifəsinin icrası Natiq Məmmədova həvalə olunub. 
 
Qaynarinfo xəbər verir ki, b barədə ONA-ya Nazirlər Kabineti Aparatının rəhbərinin müavini Natiq Məmmədovun özü məlumat verib.
O bildirib ki, hazırda Aparat rəhbəri vəzifəsinə təyinat olmayıb: "Əsasnaməyə görə, Aparat rəhbəri vəzifəsini icrası isə mənə həvalə edilib”.
 
Qeyd edək ki, mayın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.