Siyasət 14:38 20.02.2021

Xənkəndinin üstündə bu məktəbin açılması siyasi ismarıc daşıyır - Politoloq

"Xənkəndinin üstündə belə bir məktəbin açılması siyasi ismarıc daşıyır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və partiya liderinin iştirakından danışarkən deyib. Politoloq MHP hökümətin bir koalisiya ortağı olduğunu və AKP ilə birlikdə Türkiyənin Azərbaycana dəstəyində çox ciddi bir rolu olduğunu xüsusu ilə qeyd edib:



"Şuşa qədim türk diyarıdır. Yəni, Qarabağ türk torpağıdır. Müharibə vaxtı Türkiyə dövlətinin, eləcə də MHP-nin Türkiyənin Azərbaycanı dəstəkləməsində ciddi rolu olub. Bir dövlət bir başqa dövlətə dəstək verəndə bu hökumətin verdiyi qərar sayılır. MHP başçılıq etdiyi heyət Azərbaycanı bütün məsələlərdə tam dəstəkləyir. Dövlət başıçılarının da həmin məktəbin təməlqoyma mərasimində iştirak etməsi onu göstərir ki, hökumətlərin iradəsi də məhz bu məktəbin vacibliyinə dəlalət edir".

Fərhad Mehdiyev qeyd edib ki, Şuşa qədim türk tayfalarının yaşadığı bir torpaqdır:

"Şuşada tikiləcək məktəbə türk boylarının nişanəsi kimi baxmaq lazımdır".

Qeyd edək ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və MHP liderinin iştirak edəcəyi açıqlanıb. 

Bahar Rüstəmli