İdman 10:29 07.12.2018

Xərçəngə yoluxan futbolçu: "Ana və atamdan tez ölmək istəmirəm"

İtaliyanın əfsanəvi futbolçularından olan Canluca Vialli xərçəng xəstəliyindən əziyyət çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə 54 yaşlı veteran hücumçu özü açıqlama verib. Vəziyyətinin yaxşı olduğunu, amma "matçın necə yekunlaşacağını" bilmədiyini deyən Vialli katıldığı bir televiziya proqramında duyğusal çıxışı ilə hamını ağladıb.

Rai1 telekanalına danışan Vialli "Bunu söyləmək çətindi, amma xərçənglə mübarizə məni daha yaxşı bir insan etdi. Əlbətdə bunları heç etmək istəməzdim, amma artıq olaylara fərqli prizmadan yanaşıram" deyib.

"Xərçəngə ani şkildə yaxalandım. Bununla futbolu imişəm kimi üzələşdim. Tez qarşıma uzun vədəli hədəflər qoydum: Ana və atamdan tez ölməyəcək və qızlarım evləndikdə onların yanında olacaqdım" deyə Vialli əlavə edib.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!