Xərçəngi yox edən azərbaycanlı qadın inanılmaz faktları açdı

Xərçəngi yox edən azərbaycanlı qadın inanılmaz faktları açdı

Çox tez yorulub haldan düşürsünüz? Səhərlər oyanmağa taqətiniz qalmır? Heç bir əsas olmadığı halda hər şeydən bezdiyinizi hiss edirsiniz? Güclü baş ağrılarınız sinirlərinizi tarıma çəkir? Əzələləriniz, çiyinləriniz sızıldayır?

Hətta bəziləri sanki üzərimdən tank keçib deyir. Ürək döyüntülərinizi beyninizdə hiss edirsiniz, təzyiqiniz sözünüzə baxmır. Aqressiv, əsəbisiniz, yuxuya möhtac qalmısınız?

Bu hələ harasıdır?!

Bəs mənəvi və fiziki gərginlik anında özümüzü yenidən ələ alıb, gündəlik həyata necə qayıdaq? Yeri süpürən həyat enerjimizi necə bərpa edək?

Bu və digər suallara 30 illik təcrübəsi olan bioenergetik, parapsixoloq, Reyki ustası Sevinc Kərimovaya müraciət etdim.

Sevinc Kərimova uzun müddətdir ki, Amerikada yaşayıb fəaliyyət göstərir. O, həmçinin inanır ki, hər birimiz xüsusi enerjiyə sahibik, sadəcə bacarığımızı düzgün yolla üzə çıxarmağa nail olmalıyıq.

Publika.az-ın müsahibi Amerikada yaşayan həmvətənimiz, parapsixoloq, bioenergetik, Reyki ustası Sevinc Kərimovadır.



- Sevinc xanım, bioenergetika, parapsixologiya, hipnoz haqda məlumatlıyıq. Bəs Reyki nədir? Bizə tibbin qeyri-ənənəvi bu üsulu haqda geniş məlumat verməyinizi istəyirəm.

- Bildiyiniz kimi qeyri-ənənəvi tibbin onlarla növü var. Onların ən çox yayılan üsullarından biri də Reykidir. Reyki daha çox həyat şəraitinin yaxşılaşdırılması naminə gerçəkləşdirilir. Bu müalicə növünün kökündə ovucların təması durur. Reyki xalq təbabətinin önəmli qolu olduğu üçün Beynəlxalq Standart kimi qəbul olunub. Xüsusən də Yaponiyada geniş yayılıb. Reykinin köməyi ilə həm fiziki həm də psixi yüksəlişə sahib ola bilərsiniz. Həmçinin həyatın mənasını dərk edib, daxili harmoniyanı tapmağa, və ətraf aləmlə xoş ünsiyyət qurmağa kömək edir. Reyki həyata keçirilərkən adətən ovuc bədənə yaxınlaşdırılır, və enerji selinin axını müşahidə edilir. Həyatımız üzərində xüsusi təsirə malik olan əsas amil də bu enerjidir. Əlin təması ilə enerjini doğru yönləndirmək, həmçinin gələcəyi proqramlaşdırmaq mümkündür. Çağdaş dünya bizi daim maddiyat arxasınca qaçan əsir qismində saxlayır. Həyatın axınına qoşulub, ruhumuzun istəklərini, daxili harmoniyanı unuduruq. Reyki meditasiyaları sözün əsl mənasında özümüzü tapıb psixoloji problemlərdən qurtulmağımıza xidmət edir.

- Necə hiss edək ki, həqiqətən Reyki müayinəsinə ehtiyacımız var?

- Təsəvvür edin ki, psixoloqa getmisiniz. Deyir ki, hər şey qaydasındadır, sadəcə depressiyadasınız. Özünüzü heç cür ələ ala bilmirsiniz. Etiraf edək ki, hər birimiz qara zolaqdan keçmişik. Neqativ hadisələr bir-birinə zəncirlənmiş kimi əvəzlənir. Ətrafınızdakılarla ünsiyyətinizin sonu mübahisəyə çevrilir, yağ kimi gedən işinizi, maddi stabilliyinizi itirirsiniz. Hörümçək toru kimi ətrafınızı bürüyən xoşagəlməz hadisələrin əsirinə çevrilirsiniz. Sürətlə quyunun dibinə çökürsünüzsə, bir anlıq düşünün. Bəlkə qoruyucu mələkləriniz sizə işarə vermək istəyirlər ki, artıq öz məninə qovuşmaq zamanıdır. Çox güman ki, əsl bacarığınızı tapmağın vaxtı yetişib. Yaxud da auranız mənfi proqramlarla o qədər kirlənib ki, onu təmizləmədən irəliyə doğru addımlaya bilməyəcəksiniz. Çiyninizdəki daşdan qurtulub əvvəlki həyatınıza dönməkdə çətinlik çəkirsinizsə, demək Reykiyə ehtiyacınız var.

- Mənəviyyatımızı çökdürən səbəblər hardan qaynaqlanır?

- Təəssüf ki, keçirdiyimiz psixoloji şok, güclü qorxu, hətta ətrafımızdakıların bizə ünvanladığı hər neqativ söz, aqressiya, hirs, inciklik auramızı cızır. Bu isə getdikcə energetik dəliklərə dönür. Bütün mənfi təsirlər də o dəliklərdən biosahəmizə dolur və orqanizmimizi məhv edir. Bu da azmış kimi gündəlik həyatımızda üstümüzə yağan neqativ informasiya yağışı, stress leysanı da bizi xəstəhal edir. Biosahəmiz günbəgün daha çox üfunət qoxuyur. Üstünə kosmik problemləri də gəlsək, durumumuz lap acınacaqlı hal alır. Maqnit və Günəş qasırğaları nəinki Yer kürəsinin iqliminə, eləcə də bizim orqanizmimizə təsirsiz ötüşmür. Amma istənilən halda enerji sistemini bərpa etmək mümkündür. Öncə xəstəliyin, narahatlığın səbəbi araşdırılır. Auramızın məhv olmasına 80 faiz halda güclü stress, psixoloji şok, digər hallarda isə bədnəzər və cadu səbəb olur. Energetikanın çökməsindən nə qədər çox vaxt keçərsə, özümüzü bir o qədər pis hiss etməyə başlayırıq. Bu durumdan həm ruh, həm də bədən əzab çəkir. Rastlaşdığımız problemlərin ardı-arası kəsilmir. Hətta elə təəssürat oyanır ki, sanki problemlər ardımızca qaçır. Ayaqlarımızdan yapışıb, bizi uzaqlaşmağa qoymur. İllərlə qurduğumuz düzənimiz parça-parça olur. Belə insanların çakralarını bərpa edir, eyni zamanda onları açıb təmizləyirik. Şüuraltında yığılan neqativ proqramı dəyişib dünyagörüşünə təsir edirik.

- Bu yolla artıq fiziki bədənə hopmuş xəstəlikləri müalicə etmək mümkündürmü?

- Əlbəttə, mümkündür. İlk növbədə immun sistemini gücləndiririk. Sinirləri tənzimləyirik. Narahatlığı, stressi aradan götürüb, qan dövranını yaxşılaşdırırıq. Orqanizm təmizlənir, yuxusuzluq aradan qalxır. İnsan çox mürəkkəb sistemlərdən ibarətdir. Onlardan ən başlıcası isə enerji sistemidir. Yəni bədən+ruh=insan qanununda hər iki toplanan sağlam olmalıdır.

- Bəs günümüzün ən acı bəlası xərçəng?

- Xoşxassəli xərçəngin Reyki üsulu ilə müalicəsi mümkündür. İnam və güclü iradə ilə xoşxassəli şişlərdən qurtulmaq olur. Bədxassəli xərçəngdə isə Reyki müayinəsi ilə yanaşı xəstəliyin yaranma səbəbləri də araşdırılmalıdır. Həmin səbəbi xəstə dərk edib, özündə mübarizə aparmaq gücü tapmalıdır.

- Fərqinə varacağımız nəticəni əldə etmək üçün neçə seans müalicəyə ehtiyacımız var?

- Təbii ki, bu insana görə dəyişə bilir, reyki müalicəsi olduqca individual xarakter daşıyır. Amma özünüz durumunuzu analiz etməlisiniz. Depressiya, xroniki yorğunluq, sürətli ürəkdöyünmə, səbəbsiz qorxu, panik atak halı, yuxusuzluq , müxtəlif xəstəliklər sizi rahat buraxmırsa, bu o deməkdir ki, pozulan energetikanızı bərpa etmək lazımdır. Cəmi 7-8 seans ərzində immun sisteminiz əvvəlki vəziyyətinə geri dönür. Ağrılar yox olur, təzyiq qaydasına düşür. Qorxu və depressiya sizdən qorxub gen gəzir. Başgicəllənmə və miqren kimi hallar səngiyir. Bu günədək sizə təsir etməyən dərmanların effektini görməyə başlayırsınız.

- Bildiyimə görə Reyki bacarığını hər kəs özündə kəşf edə bilər.

- Mütəmadi olaraq seminarlar təşkil edirəm. Reyki və onun inkişafı mövzusunda dərslər keçirəm. İstəyənlər seminarlara qatılıb özlərini və doğmalarını qorumaq üçün mənimlə birgə sehrli dünyanın qapısını açırlar. Kosmosun enerjisini düzgün şəkildə yönləndirib maqnit sahələrini təmizləyirlər. Özünüz də fərqində olmadan həyatınız kökündən dəyişir. Daha pozitiv düşünməyə başlayırsınız. Reyki olduqca qədim və özəl təbabət formasıdır. Çünki onu hər kəs mənimsəyib gerçəkləşdirə bilər. Xüsusi istedad tələb olunmur. Sizə sadəcə iki amil vacibdir- əlləriniz və bir az zaman. Və artıq istənilən möcüzəni gerçəkləşdirə bilərsiniz.

Əslində həyatın formulu da budur, əziz dostlar. Möcüzəni başqalarında yox, öz əllərinizdə axtarın. Alternativ tibbə inanıb-inanmamaqsa, yenə də öz əlinizdədir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR