Tərkibində asparagin aminoturşularının daha az olduğu qida məhsulları süd vəzisi xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır.
Trend-in məlumatına görə, bir qrup amerikalı mütəxəssis aparılan təcrübələr nəticəsində bu qənaətə gəlib.
Süd vəzisi xərçəngi modeli üzərindəki müşahidələr göstərib ki, asparagin fermentləri ilkin xərçəng hüceyrələrində bədxassəli hüceyrələrin artmasına gətirib çıxarır.
Qeyd edək ki, asparagin daha çox süd məhsulları, mal əti, quş əti, yumurta, balıq, dəniz məhsulları, kartof, paxlalı bitkilər və fındıqda mövcuddur. Bu cür aminoturşular bir çox meyvə və tərəvəzdə çox az yer alır.
Şərhlər