Sağlamlıq 19:25 28.10.2017

Xəstəlikdən qorunmaq üçün vacib məsləhətlər (SİYAHI)

Qış gəlir, havalar soyumağa başlayır. Tam soyudu dediyimiz anda isti hava hücumuna məruz qalırıq. Havanın bu cür dəyişməsi sizi xəstə edə bilər. Ona görə də bu məsləhətlər sizə sağlam qalmaq üçün çox kömək edəcək. 

"Qaynarinfo" sağlamlıq haqqında vacib məsləhətləri təqdim edir:

1. Evdə hazırladığınız zəncəfil çayı

 
Sinə və boğazınız tutulubsa, yaş zəncəfili qaynadıb, içinə qırmızı bibər və limon suyu qatın.
 
2. Çay istəmirsinizsə, şorba da yeyə bilərsiniz


 
Zəncəfil və qaynar suyun birləşməsi, soyuqdəymənin simptomlarını yüngülləşdirir və bədəninizin virusla mübarizə aparmasına kömək edir.

3. Bunları da istəməsəniz o zaman, sarı kökdən istifadə edə bilərsiniz


 
1 stəkan qaynanmış südə 1 çay qaşığı sarı kök qarışdırın və yatmazdan öncə için.

4. Bol C vitamıni qəbul edin


 
Həkimlər xəstə olduğunuz müddətdə C vitamini ilə zəngin olan portağal, qreyfut qəbul etməyinizi tövsiyyə edir.

5. Gündə ən azı 3 litr su için


 
Adi su içmək istəməsəniz, detoks suları içə bilərsiniz. Meyvə ilə hazırlanan bu sular immunitetinizi qüvvətləndirmək üçün ekstra vitamin və minerallarla zəngin olur.

6. Vitamin qəbul edin


 
Hər gün dəmir, sink və vitamin A, E, B6 bə B12 qəbul edə bilərsiniz.

7. Tərkibində sink olan qidalar qəbul edin


 
Bəzi həkimlər xəstəliyin daha da çoxalmaması üçün sink qəbul etməyi tövsiyyə edir. Bu da çoxlu ət və balıq yemək deməkdir.
 
8. Göyərtiləri unutmayın


 
Sağlıqlı yediyiniz zaman yuxarıda adı çəkilən vitaminlərlə bərabər bədəniniz iltihaba qarşı güclü mübarizə aparacaq.

9. Səbr edin


 
Qripin simptonları ən azı 10-14 gün ərzində bədəninizdə qalır. Ona görə də, səbirli olun.

10. Stress atın


 
Stress hava şərtləri ilə birləşdiyi zaman sizi çox tez xətsə edə bilər. Yoqayala məşğul olmaq, komediya izləmək və gülümsəmkələ bunun öhdəsindən gələ bilərsiniz. 

11. İlıq içkilər için


 
İlıq çay soyuqdəyməyə qarşı bədəninizin mübarizə aparmasına kömək edir. Əsasən də, yaşıl, çobanyastığı çayı immunitetinizi gücləndirməyə kömək edir.

Lalə
Qaynarinfo.Az