Sənət 11:03 12.02.2020

Xəstəxanaya yerləşdirilən Elmira Rəhimovadan xəbər var

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Xalq artisti Elmira Rəhimovadan xəbər var.

Qaynarinfo xəbər verir ki, xanım sənətçi artıq evə buraxılıb.

Xalq Artisti Gülyanaq Məmmədova tədbirdə onunla çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, fevralın 7-də aparıcı Hacı Nuran ifaçının xəstəxanadan fotosunu paylaşaraq onun səhhətində problemlər olduğunu bildirmişdi. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Bona Dea Beynəlxalq Hospital”a yerləşdirilmişdi.