Ölkə 23:21 17.11.2018

Xətai rayonuna içməli su verilşində yaranmış fasilənin səbəbi məlum oldu

Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində yaranmış məhdudiyyətin səbəbi məlum olub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının "Report"a verdiyi məlumata görə, buna "AzərSuTikinti" xəstəxanası yaxınlığında "+ 82 Şərq" su anbarı adlı ərazidən keçən su boru kəmərində sızmanın baş verməsi səbəb olub.

"Bu gün "AzərSuTikinti" xəstəxanası yaxınlığında, "+ 82 Şərq" su anbarı deyilən ərazidən keçən su boru kəmərində sızma baş verib. Axşam rejimində əhaliyə mümkün qədər su verildikdən sonra su verilişi yenidən dayandırılıb və indi təmir işləri yenidən davam etdirilir", - deyə A.Cəbrayıllı bildirib.

Bundan əvvəl Sabah Bakının Xətai rayonuna içməli suyun verilişinin yenidən məhdudlaşdırılacağı bildirilib.