Foto 11:20 16.08.2018

Xətaidə vandalizm: dayanacağın şüşələrini qırıb, dirəkləri zədələdilər (FOTOLAR)

Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O, bu barədə daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirildiyini bildirib:

"Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib".

O, dayanacağın ətrafının hasarlanmasının sərnişinlərin həyatını təhlükəyə atdığını da diqqətə çatdırıb:

"Sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".