Dünya 22:16 01.12.2021

Xətibzadədən qəribə açıqlama: "Atışma sərhəd yaxınlığında yaşayanlar arasında baş verib"

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün Talibanla ölkəsinin sərhədçiləri arasında baş vermiş artileriya döyüşləri ilə bağlı qəribə açıqlama yayıb.

Qaynarinfo "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, o, atışmanın iki tərəfin sərhəd bölgələrində yaşayan əhalisi arasında baş verdiyini iddia edib.

Xətibzadənin sözlərinə görə, aparılan danışıqlar nəticəsində vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, bu gün yayılmış videogörüntülərdə Taliban qüvvələri ilə İran hərbçilərinin bir-birinə artileriyadan atəş açdığı müşahidə olunur.

Xətibzadənin bu sözləri ictimai şəbəkələrdə məsxərəyə qoyulub.