Ölkə 13:46 22.12.2017

Xəzər dənizində zəlzələ olub

Dekabrın 22-də Xəzər dənizində zəlzələ olub.

Qaynarinfo Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, Nardaran qəsəbəsindən 12 kilometr cənub-şərqdə Xəzər dənizində baş verən yeraltı təkanlar yerli vaxtla saat 03:17:22-də qeydə alınıb.

Ocağı 23 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bal gücündə olub.

Zəlzələ hiss olunmayıb.